Texnologiya işinizə xidmət edəndə
NoraTech 2018-ci ildən şirkətlərin rəqəmsal sistemlərini qurur, birləşdirir və gündəlik işində dəstəkləyir.
IT işi bitəndə yox, işləyəndə dəyər yaradır
2018NoraTech 2018-ci ildən proqram təminatı, IT infrastrukturu, təhlükəsizlik və texniki dəstək istiqamətlərində fəaliyyət göstərir. Bir şirkətin saytından daxili şəbəkəsinə qədər fərqli sistemlərin eyni işə xidmət etməli olduğunu düşünürük.
İşə hazır məhsul siyahısı ilə başlamırıq. Əvvəlcə komandanın gündəlik prosesini, mövcud sistemi və məsuliyyət bölgüsünü başa düşürük. Sonra lazım olan həlli seçir, tətbiq edir və istifadədə ortaya çıxan suallar üçün əlçatan qalırıq.
Məqsədimiz müştərinin hər texniki məsələ üçün yeni əlaqə axtarmamasıdır. Planlaşdırma, icra və sonrakı dəstək bir-birindən qopmadan davam edir.
Siz biznesinizi böyüdün, texnologiyanı biz idarə edək.
Veb sayt, CRM, server infrastrukturu, inteqrasiyalar, avtomatlaşdırma, kibertəhlükəsizlik və texniki dəstəyi bir komanda olaraq planlayır və idarə edirik.
Bütün IT ehtiyacları, bir komanda
Proqram təminatı, dizayn, infrastruktur və dəstək işlərini vahid komanda əlaqələndirir.
Davamlı nəzarət
Təhlükəsizlik, performans və fasiləsiz işləmə daim izlənilir.
Şəffaf hesabat
Görülən işlər, nəticələr, risklər və növbəti addımlar aydın şəkildə təqdim olunur.
Biznesə xidmət edən texnologiya
Həllər prosesləri sürətləndirmək və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün inkişaf etdirilir.